Binə Ticarət Mərkəzində yanğın

Binə Ticarət Mərkəzində yanğın
SOSİAL
11:12 04.04.2024
191
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR