Azər Türk Bankdan daha bir cashback kampaniyası

İQTİSADİYYAT
10:43 08.04.2024
234

Dövlət bankı Azər Türk Bank Ramazan bayramı günlərində ölkə daxilində aparılan kart əməliyyatları üzrə kampaniya həyata keçirir.

Belə ki, cari ilin 8 aprel tarixindən etibarən Bankın atb card debet və yeni nəsil əməkhaqqı kartı sahibləri marketlərdə Google Pay və Apple Pay vasitəsilə təmassız ödənişlər zamanı 5% həcmində cashback əldə edəcəklər.

Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsində müəyyən edilmişdir.

Kampaniyanın müddəti 14 aprel daxil olmaqla həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR