Finlandiya Avropa Sərhəd və Sahil Təhlükəsizliyi Agentliyinə ("Frontex”) Rusiya ilə sərhədlərin müştərək mühafizəsi haqqında razılaşmanın müddətini noyabr ayınadək uzatmaqla bağlı müraciət edib.
Bu barədə ölkənin Sərhədlərin Mühafizəsi Agentliyinin nümayəndəsi Marko Saareks məlumat verib.
O bildirib ki, əsasən ölkənin şərqindəki quru sərhədlərində təhlükəsizliyin gücləndirilməsinə ehtiyac var:
"Frontex” hələ sorğumuza cavab verməyib. Lakin biz əminik ki, onlar tərəfdaşlıq müqaviləsinin müddətinin uzadılması istiqamətində addım atacaq”.
M. Saareksin sözlərinə görə, bunda əsas məqsəd vəziyyətin mürəkkəbləşəcəyi halda daxili resursların operativ şəkildə səfərbər edilməsidir.
///Apa