ABŞ səfirliyi: Gürcüstan demokratiyası risk altındadır

ABŞ səfirliyi: Gürcüstan demokratiyası risk altındadır
DÜNYA
20:22 02.05.2024
233
ABŞ-ın Gürcüstandakı səfirliyi hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında parlamentin ikinci oxunuşundan keçmiş "xarici təsir” qanununun Kremldən ilhamlandığı qeyd edilib. Səfirlik sözügedən qanun layihəsini və hökumət rəsmilərinin qanunu müdafiə etmək naminə səsləndirdikləri "saxta narrativ”i qınadığını bəyan edib.

"Bu qanun və "Gürcü Arzusu”nun anti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya gətirib. Gürcüstan hökumətinin bəyanatları və əməlləri Aİ və NATO üzvlüyü üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ona görə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atır”, - bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, hakimiyyət rəsmilərinin ötən 32 il ərzində Gürcüstan iqtisadiyyatının, demokratiyasının gücləndirilməsinə, Rusiyanın təcavüzdən çəkindirilməsinə ayrılmış xarici yardımları səhv səciyyələndirməsi ABŞ-ın Gürcüstan xalqı və hökuməti ilə inkişaf etdirdiyi güclü münasibətləri baltalayır.

"Biz Gürcüstan xalqının və onların səslərini eşitdirmək haqlarının yanındayıq. Biz dinc nümayişçilərə, həmçinin nümayişləri işıqlandıran jurnalistlərə qarşı zor tətbiq edilməsini qınayırıq. Sərbəst toplaşmağı və söz azadlığını boğmaq üçün güc tətbiqi qəbuledilməzdir və biz rəsmiləri qeyri-zorakı etirazçılara öz ifadə azadlığından istifadə etmələrinə imkan verməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi də bəyanat yayaraq hadisələri yaxından izlədiklərini bəyan edib. Qeyd olunub ki, Gürcüstan xalqı Avro-Atlantik ailəsinin üzvü olmaq istəyini ucadan və aydın şəkildə dilə gətirir.

"Onların səsi eşidilməlidir. Onların sərbəst toplaşmaq hüququna hörmət edilməlidir”, - Britaniya səfirliyinin bəyanatında vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi