Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
MƏDƏNİYYƏT
12:28 13.05.2024
988
Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada 76 yaşında dünyasını dəyişib.

AZXEBER.COM manset.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, F.Sadıqov bir müddət əvvəl paytaxtdakı özəl klinikaya yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR