Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var

Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var
SOSİAL
21:53 17.05.2024
230
Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Belə ki, 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev vəfat edib. Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqov isə müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR