"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər - yaşıllaşdırma işləri Naftalanın füsunkar görünüşünə də öz töhfəsini verməkdədir.
AZXEBER.COM xəbər verir ki, şəhərin müxtəlif ərazilərində, yol kənarlarında, parklarda, prospekt və küçələrdə ağac və dekorativ gül kollarının əkilməsi işləri hazırda davam etdirilir.
Naftalan ŞİH başçısı və ŞPŞ-nin rəisi Şirvan prospektində ağac əkinində iştirak ediblər.