Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "India Today” saytının məlumatına görə, güclü və aramsız yağışlar Manipurda daşqınlara səbəb olub.
Dövlət rəsmiləri 1 nəfərin su basması, 2 nəfərin isə daşqın nəticəsində baş verən sürüşmə nəticəsində öldüyünü bildirib.
İmfal Vadisində yüzlərlə evi su basdığını, minlərlə insanın təbii fəlakətdən zərər çəkdiyini bildirən səlahiyyətlilər bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəyə başladığını açıqlayıb.
Rəsmilər axtarış-xilasetmə işlərinə rəhbərlik etmək üçün Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən (NDRF) bir qrup hərbi təyyarə ilə bölgəyə gəldiyini bildirib.
Mikayıl