ABŞ: Qəzzada atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözləyirik

ABŞ: Qəzzada atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözləyirik
DÜNYA
14:05 05.06.2024
104
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Salivan Co Baydenin Qəzza zolağında elan etdiyi atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözlədiklərini bildirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Salivan mətbuat mənsublarına İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi ilə bağlı açıqlama verib.

"Top HƏMAS-ın meydanındadır, qəbul edib-etməməkdədir. İndi biz HƏMAS-ın cavabını gözləyirik", - deyə müşavir bildirib.
 
Salivan HƏMAS ilə razılaşma təklifini müzakirə edən Qətər vasitəçiləri ilə də əlaqə saxladıqlarını söyləyib.

Dünən İsrailin "Walla” xəbər saytı Börns Qəzza zolağında əsir mübadiləsi və atəşkəslə bağlı İsrail və HƏMAS arasında mövcud razılaşmanı müzakirə etmək üçün Qətərə səfər edəcəyini bildirib.

Digər tərəfdən, Misirdə yayımlanan "Əl-Kairo əl-İkhbariyah" televiziyası tərəfindən adları açıqlanmayan Misir mənbələri təhlükəsizlik rəsmilərinin bu gün Qətərli və Amerikalı həmkarları ilə Dohada görüşəcəklərini, əməliyyatların bərpası mexanizmlərini müzakirə edəcəklərini bildiriblər. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR