"Qalatasaray"ın futbolçusu oyun zamanı rəqibini yumruqla vurub

"Qalatasaray"ın futbolçusu oyun zamanı rəqibini yumruqla vurub
İDMAN
18:32 05.06.2024
218
Qadınlardan ibarət Konqo Demokratik Respublikası millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rut Kipoyi Mərakeşlə yoldaşlıq görüşündə rəqibini yumruqla vurub.

Meydan sahiblərinin hücumçusu yol verdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq qovulub.

Hadisədən sonra stadionda ara qarışıb və dava düşüb. Qarşıdurma zamanı 26 yaşlı futbolçu yumruq zərbəsi ilə rəqibi Yasmin Mrabeti yerə yıxıb. Bir müddət sonra tərəflər sakitləşdirilib.

Qeyd edək ki, Rut Kipoyi daha sonra sosial şəbəkə hesabında Yasmin Mrabetdən üzr istəyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR