Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

SİYASƏT
21:28 13.06.2024
325
İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR