AVRO-2024-də bu gün: Hansı matçlar olacaq?

İDMAN
16:54 20.06.2024
179
Avropa Çempionatının 7-ci günündə yenidən qarşınızdayıq. Qitə turnirində qrup mərhələlərinin 2-ci tur matçlarına start verilib.

İlk matç B qrupu çərçivəsində Xorvatiya və Albaniya yığmaları arasında baş tutub.
 
Hesabı 11-ci dəqiqədə albanlardan Kazim Laçi açıb. Andre Kramariç isə 74-cü dəqiqədə bərabərliyi təmin edən qolu vurub. İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olmaqla xorvatları hesabda önə çıxarıb. Qyasulya 90+5-ci dəqiqədə daha bir qol vurmaqla komandasını məğlubiyyətdən xilas edib. Xorvatiya 2:2 Albaniya. Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub. 

Görüşün ən yaxşı oyunçusu isə xorvatların heyətində Andrey Kramariç seçilib.33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

E qrupunun 2-ci turunun ilk qarşılaşmasında isə Almaniya millisi Macarıstan yığmasını sınağa çəkib. 23-cü dəqiqədə bundestimin heyətində Camal Musiala adını tabloya yazdırıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.  Almaniya 2:0 Macarıstan. Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına 5-1 hesabı ilə qalib gəlib. 

Bu qarşılaşmanın ən yaxşı oyunçusu isə türk əsilli Almaniya milli komandasının kapitanı İlkay Gündoğan seçilib. 33 yaşlı yarımmüdafiəçi macarıstan ilə matçda komandasının 2-ci qolunu vurub.

Günün son qarşılaşması isə ey qrupunda qərarlaşan Şotlandiya və İsveçrə milli komandaları arasında olub.  Hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb. Bundan sonra tərəflər tablodaki rəqəmləri dəyişməyə çalışsalar da buna nail ola bilməyiblər. Şotlandiya 1:1 İsveçrə. 

Şotlandiyalıların üzvü Manuel Akanci isə görüşün ən yaxşısı seçilib.

28 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və qarşılaşmanı yüksək səviyyədə keçirib. 

Turnirin qrup mərhələlərinin 2-ci turunun növbəti qarşılaşmaları bugün keçiriləcək.

Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.

Qeyd edək ki, sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün sonunda B qrupunda İspaniya - İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.

Qeyd edək ki, ilk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
 
Fərid Faiqoğlu
 

OXŞAR XƏBƏRLƏR