"Azercell" abunəçilərinin nəzərinə!

"Azercell" abunəçilərinin nəzərinə!
SOSİAL
12:05 21.06.2024
109
İyunun 20-də axşam saatlarından respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar "Azercell" abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür.

Şirkət yaranmış narahatlığa görə təəssüf edir və bildirir ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR