Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
22:26 24.06.2024
203
Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR