Türkiyə MN-nin Üçüncü Dünya Müharibəsi şərhindən sonra Avropa ölkəsi hərəkətə keçdi

Türkiyə MN-nin Üçüncü Dünya Müharibəsi şərhindən sonra Avropa ölkəsi hərəkətə keçdi
DÜNYA
12:23 28.06.2024
141
Türkiyə Milli Müdafiə Nazirliyinin dünən verdiyi Üçüncü Dünya Müharibəsi açıqlamasının ardından bir Avropa ölkəsindən narahatedici addım atılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi və Çinin regionda hərəkətliliyinin artdığı bir vaxtda dünyanın müxtəlif yerlərində gərginliyin artması beynəlxalq ictimaiyyətdə Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı şərhlərə səbəb olub.

Xarici İşlər Naziri Hakan Fidanın gündəmə gətirdiyi Üçüncü Dünya Müharibəsi bəyanatından sonra Milli Müdafiə Nazirliyi də bu açıqlama ilə bunu dəstəkləyib: 

"Ölkəmiz başda olmaqla, heç kim Üçüncü Dünya Müharibəsi kimi qaranlıq bir mənzərə istəmir, amma qeyd etmək lazımdır ki, ordumuz hər cür ssenariyə hazırdır”.

Dünyanın ən yaşana bilən ölkələrindən biri olan Norveç Üçüncü Dünya Müharibəsi ilə bağlı narahatlıqlar səbəbilə taxıl saxlama prosesini sürətləndirdiyini açıqlayıb.

İngilis mediasında yer alan xəbərlərdə Norveçin 2029-cu ilə qədər təxminən 82 min 500 ton taxıl ehtiyatı saxlamağı hədəflədiyi və bu miqdarın ağıla gəlməyən fəlakət ssenarisi vəziyyətində ölkə əhalisini 3 ay qidalandırmaq üçün kifayət edəcəyi bildirilib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR