Bakıda güclü yanğın - VİDEO

Bakıda güclü yanğın - VİDEO
SOSİAL
23:54 02.07.2024
672
Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, yanğın hadisəsi rayon ərazisində yerləşən təndirxanada qeydə alınıb.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

"Nazirliyin 112 qaynar xəttinə Xətai rayonunun Abdulla Rəhimov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınların müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.
 

OXŞAR XƏBƏRLƏR