13 yaşlı Muhammet Y. adlı yeniyetmə qolunu doğrama maşınına ilişdirib və nəticədə ağır yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa ərazisində baş verib.
Muhammet Y.-in sağ əli strafor doğrayan maşına ilişib. Muhammedin köməyinə dostları gəlib.
Çiyinə qədər qolu maşında qalan uşağı xilas etmək üçün hadisə yerinə sağlamlıq və fövqaladə hallar qrupları sövq edilib.
2 saatlıq işin nəticəsində Muhammet Y. xilas edilib.
Ağır yaralanan uşaq təcili yardımla xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Oksana