Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
SOSİAL
17:05 11.07.2024
185
Sabah Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq.
 
Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-də saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
 
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR