Türkiyənin Samsun bölgəsində 3,4 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli saatla 14.28-də 7.26 km yerin altında, episentri Samsunun Tekkeköy mahalının Güzelyurt rayonunda qeydə alınıb.
Zəlzələ Samsunun mərkəzində də hiss olunub. Bildirilib ki, zəlzələ nəticəsində heç bir təhlükəli hadisə baş verməyib.
Oksana