Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
21:33 16.07.2024
185
Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə iyulun 16-sı saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azəriqaz” İB-dən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR