Azərbaycanda dəhşət: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi

Azərbaycanda dəhşət: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi
SOSİAL
10:36 23.07.2024
157
Bir şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə AZXEBETR.COM-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 23-ü gecə saat 1-də iki nəfərin ölməsi, bir nəfərin isə xəsarətlər alması barədə Suraxanı Rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə iki azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR