Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq
SOSİAL
09:29 26.07.2024
119
Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində qazın verilməsi bir müddətlik dayandırılacaq.

"Report"un məlumatına görə, saat 10:00-dan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin Təbriz, Z.Həsənova, Babək, Koroğlu, Y.Muradov və Niyazi küçələrində təbii qazın verilişində fasilə olacaq.

Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.
OXŞAR XƏBƏRLƏR