1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
SİYASƏT
09:54 31.07.2024
432
Dil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Bütün bunlarla yanaşı, Azərbaycan dili, həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm amillərdən biridir. Bir sözlə, ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bu önəmli məsələdən danışarkən, bir məqamı xatırlatmaq istərdim. Belə ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi.

Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Vəziyyətin dəhşətli şəkil alması özünü onda göstərirdi ki, hələ ötən əsrin 30-ci illərində dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli res¬publikaların rəhbərləri tərəfindən də ana dili məsələsinin gündəmə gətirilməsi son dərəcə müşkül bir iş idi.

Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan ümummilli liderimiz Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Ulu öndərimizin təşəbbüsü ilə 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.

Yeri gəlmişkən, dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dönəmlərində dilçi alimlərə xüsusi qayğı ilə yanaşırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi, milli dildə nəşr edilən kitabların tiraj¬larının artırılması və digər tədbirlər dilimizin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Onu da qeyd edim ki, 1995-ci ildə ümum¬xalq səsverməsi yolu ilə qəbul olunan Kons¬titusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.

Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi sənəd dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edib.

Yeni əlifbanın tətbiqi də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafi¬kalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” ulu öndərimizin 9 avqust 2001-ci il tarixli fərmanı tarixi hadisədir.

Bundan başqa, 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sa¬yılıb, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyac-larının ödənilməsi üçün zəmin yaradılıb.
 
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə daim sadiqlik nümayiş etdirib. Dövlətimizin başçısı tərəfindən 2004-cü il yanvarın 12-də imzalanan "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırla¬nırb. Həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haq¬qında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından böyük tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Xatirə RƏHİMBƏYLİ, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?