Bakının bu rayonlarının bir hissəsində qaz olmayacaq

Bakının bu rayonlarının bir hissəsində qaz olmayacaq
SOSİAL
11:21 31.07.2024
123
Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan” qazpaylayıcı stansiyasında və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşana qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR