Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə qaz olmayacaq
SOSİAL
21:25 22.08.2024
191
Avqustun 23-ü saat 08:00-dan "Qaradağ-Sumqayıt" magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR