Azərbaycanda professor vəfat etdi

Azərbaycanda professor vəfat etdi
SOSİAL
13:27 31.08.2024
273
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" elmi-tədqiqat laboratoriyasının (ETL) böyük elmi işçisi, professor İfrat Əliyeva vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

İfrat Əliyeva 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildə Hüseyn Cavid adına orta məktəbi bitirərək, BDU-nun Filologiya fakültəsinə qəbul olub. 1962-ci ildə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olub.

1971-ci ildə "Bəxtiyar Vahabzadənin lirikası" mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi, 1988-ci ildə "Məmməd Rahimin yaradıcılıq yolu" mövzusunda dissertasiya ilə filologiya elmləri doktoru, 1989-cu ildə isə professor elmi adı alıb. 2009-cu ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

İfrat Əliyeva 1962-68-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant, 1968-71-ci illərdə baş laborant, 1971-73-cü illərdə müəllim, 1973-79-cü illərdə baş müəllim, 1979-80-ci illərdə Filologiya fakültəsində dekan müavini işləyib.

O, 1980-88-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent, 1988-92-ci illərdə professor, 1992-94-cü illərdə Filologiya fakültəsində dekan müavini, 1994-99-cu ildə BDU-da qiyabi və orta ixtisas təhsil üzrə prorektor, 1999-2021-cu illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, 2021-ci ildən isə "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" ETL-in böyük elmi işçisi kimi fəaliyyət göstərib.

Professor İfrat Əliyevanın tədqiqat sahəsi müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqid olub.

İfrat Əliyeva altı kitab, 60-dan çox məqalə və metodik göstərişin müəllifi idi.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib