Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi
SOSİAL
11:06 03.09.2024
353
İkinci Qarabağ Müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Elçin Əliyev 4 mart 1994 - cü ildə Mingəçevirdə anadan olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib.

E. Əliyev 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezidentin Sərəncamına əsasən, "Suqovuşanın azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.
 

 


OXŞAR XƏBƏRLƏR