Azərbaycanda professor vəfat etdi

SOSİAL
12:14 25.10.2024
177
Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov 92 yaşında vəfat edib.

Bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov paylaşım edib.

O bildirib ki, professor oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edibmiş. Daha sonra N.Süleymanov yaşadığı evdə dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR