Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilir

SOSİAL
21:56 29.10.2024
225
COP29 tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Belə ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir.

Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.

Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq.
OXŞAR XƏBƏRLƏR