Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir

DÜNYA
20:08 18.11.2024
225
Co Bayden başda olmaqla, hakimiyyətdən gedən ABŞ administrasiyası Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, Vaşinqtonda hakimiyyətdən gedən administrasiya bu münaqişə ətrafında gərginliyi daha da qızışdırmaq üçün atəşə yağ tökmək üçün addımlar atmaq niyyətindədir”, - Kremlin sözçüsü bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın dərinliklərinə zərbələri Ukrayna deyil, yalnız Qərb ölkələri endirə bilər:

"Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək qərarı ilə bağlı yaranmış vəziyyətin əsas təhlükəsi bu zərbələrin Ukrayna deyil, yalnız Qərb dövlətlərinin həyata keçirməyə qadir olmasıdır".

Kreml rəsmisi Ukraynadakı münaqişənin dondurulma ehtimalında danışıb. Bildirib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir:

"Döyüş xətti boyunca bir növ dondurma variantı, əlbəttə ki, Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Belə olan halda, prezident Putin tərəfindən formalaşdırılan iyun şərtləri öz aktuallığını tam saxlayır. Döyüşləri dayandırmaq üçün bunu etmək lazımdır”, - deyə Peskov fikrini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ