Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm
SOSİAL
13:00 14.12.2024
403

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov AZXEBER.COM-a bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.

"İş vaxtı bitirərək "İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”.
OXŞAR XƏBƏRLƏR