2025-ci ildə bu bürcləri nələr gözləyir? – MƏŞHUR ASTROLOQ SİRLƏRİ AÇDI - ÖZƏL MÜSAHİBƏ - VİDEO

2025-ci ildə bu bürcləri nələr gözləyir? – MƏŞHUR ASTROLOQ SİRLƏRİ AÇDI -  ÖZƏL MÜSAHİBƏ - VİDEO
MARAQLI
17:11 16.12.2024
3412
"Karma ili” kimi dəyərləndirilən 2024–cü ilin bitməsinə sayılı günlər qalıb. Qarşıdan gələn 2025-ci ilin astrologiyada bir sıra bürclər üçün dəyişim ili olacağı gözlənilir.

Astroloq Rəşad Hacıyev AZXEBER.COM-a verdiyi müsahibəsində 2025-ci il bürcləri nələr gözlədiyinin proqnozunu açıqlayıb.

O, 2025-ci ilin tamamlanma ili olduğunu, uzun müddətdir yarım qalan işlərin bitəcəyini, habelə ailə və yuva mövzularının olduqca aktual olacağını bildirib:
"2025-ci ili ümumilikdə gözəl il kimi dəyərləndirə bilərik. Həyatımızla bağlı çox böyük tamamlanmalar yaşanacaq. Uzun zamandır tamamlanmağını gözlədiyimiz mövzular bitiş nöqtəsinə çatacaq. Pulsuzluqdan əziyyət çəkiriksə, sevgisizlik yaşayırıqsa, evliliklə bağlı çətin bir dönəmdirsə, hər hansı xəstəlikdən əziyyət çəkirsinizsə, bir sözlə nəyə ilişib qalmışıqsa bunları qıracağımız dövr olacaq. 

Bununla yanaşı, 2026 və 2027-ci illəri "küllərindən doğulma ili” kimi qiymətləndirə bilərik. İş həyatımızda böyük dəyişimlər yaşana bilər. Yep-yeni iş sahələrinə keçə bilərik. Peşələrimizi dəyişə bilərik. 

Paralel olaraq sağlamlığımıza diqqət etməli olduğumuz il olacaq. Bu il insanlar sağlamlığın önəmini bir daha başa düşəcəklər. Hər kəsin öz qida rasionuna diqqət edəcəyi önəmli bir il olacaq. Ev heyvanları ilə bağlı xəbərlər dünyanın əsas gündəminə çevriləcək. Ruhani, mənəvi olaraq şəfalanacağımız bir ildir. 
Bizi yoran şüuraltımız, pis düşüncələr, fikirlər varsa, bir nöqtədə azadlaşacağımız qurtulacağımız və ən  əsası bunlarla üzləşəcəyimiz bir dönəmdir. Bu il bütün ruhani praktikalar, ağzımızdan çıxan sözlər daha təsirli olacaq.

Bu il ərzində ümumən ağzımızdan qarğış çıxartmamağa diqqət göstərməli, neqativ düşüncələrdən uzaqlaşmalı, şikayətlənməməliyik. Çünki bu il ağzımızdan çıxan hər söz olduqca tez zamanda reallaşa bilər. Arxamızca iş çevirən, quyu qazan insanlar varsa, onlarla bağlı böyük üzləşmələrin yaşanacağı, həyatımızdan bu tərz insanların çıxacağı önəmli bir dönəmdir. Karma enerjisi bu il də olduqca güclüdür. Ona görə də kimsə sizi incidibsə, qəlbinizi qırıbsa, həmin insan nəyə layiqdirsə, yaradan ona onu yaşadacaq. 

2025-də Yupiterin də bürc dəyişdirdiyini görürük. Yupiter çox şanslı olduğu bir bürcə keçəcək.  Bu isə xüsusilə də 2025-in ikinci yarısı üçün olduqca möhtəşəm bir dönəmdir. İyun ayının 10-dan sonra çox şanslı bir dönəmdir. Xüsusən də ailə, yuva  və uşaq mövzuları ön planda olacaq. 

Ev almaq istəyənlər, yeni evə köçmək istəyənlər üçün 2025-in ikinci yarısı olduqca şanslıdır. Paralel olaraq Saturnun bürc dəyişdirməsi yay vaxtına təsadüf edəcək. Yayda kişilərlə, ata fiqurları ilə ya da müdirlərlə bir az daha münaqişələrin olduğu bir dövr olacaq. Eqomuzla bir az sınana bilərik. "Həyatdan nə istəyirik?”, "Biz kimik?”, "Hansı yolu getmək istəyirik?”, "Qərarlarımız nələrdir?” kimi sualları tez-tez özümüzə verəcəyimiz il olacaq.

Kim olduğumuzu başa düşəcəyimiz bir dönəmdir. 2025-in yayı, 2026-nın bütün özəti olacaq. Bu o deməkdir ki, 2025-in yayında yaşadığınız hadisələr 2026-cı ilə olduqca təsir edəcək.

Ona görə də hər mövzuda diqqətli olmağınızda fayda var”.

Oksana Orucova
Xanlar Əlizadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir