Dünyanın məşhur film platforması "IMDb" 2025-ci ilin ən yaxşı aktyorlarının siyahısını təqdim edib.
AZXEBER.COM xəbər verir ki, siyahıda həm qadın, həm də kişi olmaqla bir çox simanın adı yer alıb.
Həmin siyahını təqdim edirik:
Siyahının ilk pilləsində "The Last of Us" serialında, "Superman", "Peacemaker" kimi filmlərdə çəkilən İzabel Mersed yer alıb.
Eymi Lu Vud "The White Lotus" adlı serialdakı "Çelsi" obrazı ilə siyahının ikinci pilləsindədir.
"The Good Wife", "Downton Abbey", "A Simple Man" kimi filmlərlə ad qazanan Mettyu Quda "Dept.Q" adlı serial ilə ilk üçlükdədir.
Dördüncü yerdə "Mission İmpossible: The Final Reckoning" filmindəki oyunculuğu ilə Tom Kruz, beinci yerdə "Euphoria" serialı ilə Sidni Svini, altıncı yerdə "Severance" filminin ulduz aktrisası Britt Louer qərarlaşıb.
Aktrisa Sidni Çandler yeddinci, aktyor Uolten Qoqqins "The White Lotus" serialındakı performansı ilə səkkizinci, aktyor Devid Korensvet "Corenswet" serialındakı performansı ilə doqquzuncu olub.
Siyahının sonuncu pilləsinin sahibi isə aktrisa Vanessa Kirbi olub.










































