2025-ci ilin ilk Ay tutulması bu tarixdə baş verəcək

2025-ci ilin ilk Ay tutulması bu tarixdə baş verəcək
SOSİAL
14:24 04.03.2025
144

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZXEBER.COM-a verilən məlumata görə, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulmada Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Bu zaman, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür.

 

Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpildiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Bunu "Qanlı Ay" tutulması da adlandırırlar.  Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq