AK Çindəki virusla əlaqədar Avropada pandemiya riski görmür

AK Çindəki virusla əlaqədar Avropada pandemiya riski görmür
DÜNYA
19:41 08.01.2025
196
Avropa İttifaqı (Aİ) Çində yayılan metapnevmovirus səbəbindən yeni pandemiyaya hazırlaşmağa ehtiyac görmür.

Bunu Avropa Komissiyasının nümayəndəsi Yeva Qrntsirova bildirib.

"Hazırda pandemiyaya hazırlaşmağa ehtiyac yoxdur, biz Çindəki vəziyyətdən xəbərdarıq, tibbi agentliyimiz vəziyyəti izləyir. Bununla bağlı yaxın həftələrdə Səhiyyə Komitəsində müzakirələr aparılacaq", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi şimal əyalətlərində virusun yayılması barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR