Kərim Benzema 2025-ci ildə karyerasını başa vurmaq fikrində deyil

Kərim Benzema 2025-ci ildə karyerasını başa vurmaq fikrində deyil
İDMAN
14:36 11.01.2025
378
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema 2025-ci ildə karyerasını başa vurmaq fikrində deyil.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, futbolçu bu barədə özü açıqlayıb.

"Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyatdır. Özümü yaxşı hiss edirəm və hələ çox illər oynaya bilərəm", - deyə fransalı futbolçu bildirib.

K.Benzemanın 2025-ci ildə karyerasını başa vurmaq variantını nəzərdən keçirdiyi bildirilirdi.

Qeyd edək ki, 37 yaşlı ön xətt oyunçusunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
OXŞAR XƏBƏRLƏR