Bakıda 13 yaşlı oğlan itkin düşüb

SOSİAL
09:45 16.01.2025
155
Bakıda 13 yaşlı oğlan itkin düşüb.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilir ki, Vüsal Zahid oğlu Əhmədov yanvarın 15-də günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub.

Məlumata görə, Vüsal autizm sindromludur.

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR