İnsult keçirən (Faytonçu) Nazim Pişyarinin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Bu barədə "Report"a müğənninin sənət dostu məlumat verib.
"Sonuncu dəfə dünən danışdıq. Hər şey yaxşıdır. Vəziyyəti müsbətə doğru gedir",- o bildirib.
Xatırladaq ki, (Faytonçu) Nazim yanvarın 30-da qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.