Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

İDMAN
14:38 13.02.2025
116
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Yunanıstanda nüfuzlu mükafata layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, 71 yaşlı portuqaliyalı mütəxəssis "Gazzetta Awards" mükafatlandırma mərasimində "Əfsanə" (Legend) mükafatı ilə təltif olunub.

Tədbirdə Yunanıstan idmanına mühüm töhfə vermiş şəxslər mükafatlandırılıb. Santuş mükafatı 2001–02 mövsümündə AEK ilə birlikdə Yunanıstan Kubokunu qazandığı sabiq futbolçu Demis Nikolaidisdən alıb.

Təcrübəli mütəxəssis Yunanıstan futboluna uzun illər xidmət edib. O, 2001–2002-ci illərdə AEK, 2002-ci ildə "Panatinaikos", 2007–2010-cu illərdə PAOK-un baş məşqçisi olub. Daha sonra 2010–2014-cü illər aralığında Yunanıstan milli komandasına rəhbərlik edib. 2024-cü ilin yayında isə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Fernando Santos karyerası ərzində Portuqaliya və Polşa milli komandalarına da rəhbərlik edib və 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub.

OXŞAR XƏBƏRLƏR