Rusiya ABŞ ilə danışıqların aparılması üçün qrup formalaşdırır

DÜNYA
20:38 13.02.2025
117
Rusiya artıq ABŞ ilə danışıqlar, o cümlədən Ukraynada vəziyyətin müzakirəsi üçün qrup formalaşdırmağa başlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin qrupun tərkibi ilə bağlı qərarı sonradan elan ediləcək.

"Əlbəttə ki, iş başlanıb. Prezident müvafiq qərarlar qəbul etdikcə, biz sizi məlumatlandıracağıq", - o qeyd edib.

D.Peskov qrupa kimin rəhbərlik edə biləcəyini dəqiqləşdirməyib. Qeyd edib ki, bu barədə Putinin müvafiq qərarlarından sonra məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR