Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

SOSİAL
10:31 25.02.2025
162
Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Fərdi yaşayış evindən 6 nəfər - Səidə Əmirova, Saleh Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZXEBER.COM-a verilən məlumata görə, fevralın 24-də saat 10:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün  evə buraxılıblar
OXŞAR XƏBƏRLƏR