ABŞ Prezidenti Donald Tramp ölkədə yaşı 14 və daha çox olan qeyri-qanuni mühacirlərin barmaq izlərini və qeydiyyatını tələb edən sistem üzərində işləyir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamada üzərində çalışılan yeni sistem vasitəsilə ölkədə qeyri-qanuni mühacirlərin barmaq izi verilərək ünvan bildirilərək qeydiyyata alınacağı, lazımi məlumatları səlahiyyətli orqanlara təqdim etməyənlərin isə pul cəzası və ya həbslə üzləşəcəyi bildirilib.
Açıqlamada 14 və daha yuxarı yaşda olan bütün qeyri-qanuni immiqrantları əhatə edən təcrübənin qanuniliyinin İmmiqrasiya və Vətəndaşlıq Qanununun bir hissəsinə əsaslandığı ifadə edilib.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin internet saytında paylaşılan bülletendə tezliklə qeydiyyat formasının yaradılacağı paylaşılıb.
Milli Təhlükəsizlik Naziri Kristi Noem sözügedən immiqrasiya qeydiyyatı planını Trampın Amerika xalqına verdiyi vədləri həyata keçirməyə kömək edəcək bir vasitə olaraq xarakterizə edib.
Tramp administrasiyasının immiqrasiya siyasəti andiçmə mərasimindən dərhal sonra ABŞ-də doğulan mühacir uşaqlara avtomatik vətəndaşlıq verilməsini nəzərdə tutan tənzimləmənin ləğv ediləcəyini və bu hüququ tanıyan Konstitusiyanın 14-cü Düzəlişinin yenidən şərh edilməsi lazım olduğunu bildirib.
Sərhəddəki qeyri-qanuni mühacir axınına sərt tədbirlərlə son qoyacağını bildirən Tramp ölkəyə qanuni immiqrasiyaya icazə verən "CBP One” tətbiqinin ləğv edildiyini açıqlayıb.
Mikayıl