Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

SİYASƏT
13:12 26.02.2025
244
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Nazir bu barədə "X" sosial media hesabında yazıb.

"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.

Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR