Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
İQTİSADİYYAT
10:13 27.02.2025
273

Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları və ya 0,04% artaraq 75,18 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,15 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR