FKSB-nin futbolçusu Luka Manolake 19 yaşında qəflətən vəfat edib.
AZXEBER.COM Publika.aza istinadən xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.
Bildirilir, rumıniyalı oyunçu keçən həftə aortanın yırtılması səbəbindən dünyasını dəyişib. Manolae FKSB-yə məxsus olsa da, Rumıniya çempionatının ikinci divizionunu təmsil edən "Metaloqlobus”da icarə əsasında çıxış edib.
Məlumata görə, Manolake son vaxtlar özünü pis hiss edib və tez-tez həkimlərə müraciət edib. Lakin həkimlər səbəbi müəyyən edə bilməyiblər.