Bu yollarda tıxac var - Siyahı

Bu yollarda tıxac var - Siyahı
SOSİAL
09:11 10.03.2025
166
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar” metro stansiyası istiqamətində;

2. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud” parkı istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Niyazi küçəsi, "Azneft” dairəsi istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; sıxlıq müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR