Martın 11-də Ermənistanın Araqatsotn vilayətindəki Araqats dağ massivinin şimal yüksəkliklərində qar uçqunu nəticəsində itkin düşən səyyahın meyiti tapılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı bu ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, 9 ispaniyalı turist ərazidə gəzintisi zamanı qar uçqununa düşüb.
Əcnəbi turistin axtarışlarına polis əməkdaşları, yanğınsöndürənlər, eləcə də xilasetmə qüvvələri cəlb edilmişdi.