Naftalan şəhərində sakinlərin müraciətlərini təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, şəhərin Mehman Bayramov, Xəqani Şirvani və İsa Məmmədov küçələrinin sakinləri ilə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı, Polis Şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.