Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
09:44 17.03.2025
214
Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR