İranda güclü zəlzələ olub.
AZXEBER.COM IRNA-ya istinadən xəbər verir ki, bu gün Kerman əyalətinin Hocədək şəhərində Rixter cədvəli üzrə 5 bal gücündə zələzələ baş verib.
Məlumata görə, zəlzələnin intensivliyi o qədər böyük olub ki, əyalətin Kerman şəhərinin bəzi yerlərində də hiss olunub.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.